Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer oktyabrın 31-də Bakı Dövlət Universitetində (BDU) professor-müəllim və tələbə heyəti qarşısında “Konformal simmetriya, zərrəciklər və fəza-zaman” (Conformal symmetry, particles, and space-time) mövzusunda mühazirə ilə çıxış edəcək.Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Professor Martin Rainer Heydelberq Universitetində riyaziyyat-fizika üzrə təhsil alıb, 2000-ci ildə isə Potsdam Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi əldə edib.