Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru I kurs tələbələrinə “Tələbələrin adaptasiyası” mövzusunda silsilə təlimlər keçirib.Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Bildirilib ki, məqsəd universitet həyatına uyğunlaşma dövründə çətinlik çəkən I kurs tələbələrini bu mövzuda maarifləndirmək və problemlərdən çıxış yollarını təlimçi ilə birgə interaktiv müəyyən etməkdir.
Təlimlərin ilkin mərhələsində tələbələr empatiya quraraq tanışlıq çalışması yerinə yetiriblər. Təlimin növbəti hissəsində yeni mühitə adaptasiya prosesi izah olunub. Bu mövzuda tələbələrlə müxtəlif testlər işlənilib, qısametrajlı videoçarx izlənilib.
Sonra tələbələr iki qrupa bölünərək komanda şəklində mövzuya aid çalışmalar yerinə yetiriblər.