"Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) baş tutacaq “Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda Respublika elmi konfransı çərçivəsində tələbə-gənclərlə görüş keçirib.BDU-dan
"TehsilMedia.az" a bildirilib ki, görüşün məqsədi Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda elmi tədqiqatların artırılması, tarixi həqiqətlərin araşdırılması və təbliğinə töhfə verilməsidir.
Görüşdə həmçinin "Virtual Qarabağ" İKT Mərkəzinin istehsalı olan “Göyçə: itirilmiş ocaq” sənədli filmi nümayiş olunub.