Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IT Brains Academy” tərəfindən “İnformasiya texnologiyalarında yaranan trendlər və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.Bu barədə
"TehsilMedia.az" a ADNSU-dan məlumat verilib.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsi tələbələrinin iştirak etdiyi seminarda “IT Brains Academy”nin təsisçisi Orxan Məmmədov “IT nədir və istiqamətləri”, mühəndis Zamiq Əliyev “informasiya texnologiyalarında yaranan yeni trendlər” və təlimçi Azər Məlikov “Kibertəhlükəsizlik” mövzusunda təqdimatla çıxış ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.