Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Güldənə Hidayətli proqrama qəbul olunan Bakı Mühəndislik Universitetinin tələbəsi Əli Hüseynov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Sevil Rəhimova və Nurlan Əsədzadə ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, Mentor Güldənə Hidayətli mentiləri ilə birlikdə xaricdə təhsil alan tələbələrin öyrəndikləri yeni bilik və bacarıqlarını ölkəmizin inkişafına necə tətbiq edəcəkləri ilə bağlı müzakirələr aparıb, bu sahədə tövsiyələrini verib. Güldənə Hidayətli mentiləri ilə Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb.