Dekabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı ilə TEDxUNEC tədbiri keçiriləcək.
TehsilMedia.az xəbər verir ki, UNEC-dən AzEdu.az-a bildirilib ki, “ISE STEP” tələbə klubunun rəhbəri İqbal Ağazadə və onun komandasının təşəbbüsü ilə keçiriləcək “TEDxUNEC”də 11 spiker cəmiyyətdə aktual olan müxtəlif mövzularda çıxış edəcək.