Elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar haqda danışıb.
TehsilMedia.az xəbər verir ki, nazir bu gün keçirilən brifinqdə ali məktəbdə 1000 tələbənin təhsil almasının planlaşdırıldığını bildirib.
O qeyd edib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur:
"30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".