“Qarabağ hər zaman elm və təhsil ocağı olub. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq”.
TehsilMedia.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə onu da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir:
“Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşması üçün vacib önəmli faktordur. İşğaldan azad olunmuş yeni məktəblərdə doqquz və 11-ci sinif şagirdlər üçün imtahanlar aparılacaq”.
O bildirib ki, bu il həmin məktəblərin sayı artıb, baxmayaraq ki, həmin o məktəblərdə buraxılış siniflərin şagirdlərin sayı elə də çox deyil:
“Həmin məktəblərdə yeddi-səkkiz nəfər oxuyur. Buna baxmayaraq, biz həmin məktəblərdə mütləq buraxılış imtahanları keçirəcəyik”.
İmtahalarının tarixinə gəlincə isə, Elm və Təhsil Nazirliyi ilə razışadırıldıqdan sonra ilin sonuna kimi elan olunacağı bildirilib:
“Ən yeni tarixə aid olan bütün hadisələr proqrama salınacaqlar”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin, məktəbli övladlarının iştirakı ilə görüş keçirilib. Məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına yardım göstərməkdədir.