Elm və təhsil nazirinə yeni müşavir təyin edilib.
TehsilMedia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Müşavir vəzifəsinə Elnur Qəzənfər oğlu Əliyev təyin olunub. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir.
Qeyd edək ki, Elnur Əliyev daha əvvəl Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.