Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı iclas keçirilib.
Bu barədə
"TehsilMedia.az" a institutdan bildirilib.
İnstitutun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda cari il ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin nətcələri və hesabata hazırlıq mərhələsinin müzakirəsi aparılıb.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyət, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında geniş məlumat veriblər. Aparılan tədqiqat işləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparlıb.