Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlığın əsasları kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının müasir idman qurğularının memarlıq və inşaat problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzMİU-dan
"TehsilMedia.az" a bildirilib ki, konfransda idman qurğularında memarlıq və inşaat işləri, onların hazırkı vəziyyəti, problemləri, bu işlərin keyfiyyətinə nəzarət məsələləri geniş müzakirə olunub. Həmçinin ölkədə idman qurğularının tikintisi, mövcud problemlər, dövlətin bu sahəyə diqqət və qayğısından danışılıb.
Daha sonra Memarlığın əsasları kafedrasının müdiri professor Nizami Nağıyevin “XXI əsrdə Azərbaycan Respublikasında idman qurğularının inşa edilməsinin inkişaf yolları”, həmin kafedranın dosenti Fidan Mustafayevanın “Rekreasiya zonalarının funksional təşkilində idman qurğularının əhəmiyyəti” haqqında məruzələri dinlənilib.
Məruzələrdə idman qurğularının inkişaf yolları, memarlıq və inşaat həlləri, müasir dövrdə şəhərsalma strukturunun əsas amilləri olan rekreasiya zonaları və idman qurğularının inkişaf tandeminin əhəmiyyəti vurğulanıb.