Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov doktorantlarla görüşüb.
Ali məktəbdən "
TehsilMedia.az"a bildirilib ki, səmimi formatda keçən görüşdə dosent Vazeh Əskərov gənc alimlərə elmin insan həyatındakı, cəmiyyətin inkişafındakı rolundan danışıb, öz zəngin təcrübəsini onlarla bölüşüb.
Universitetin hər zaman tələbə və məzunlarına dəstək olacağını deyən dosent Vazeh Əskərov doktorantların təklif və istəklərini dinlədikdən sonra onlara tapşırıq və tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.\