Qazaxıstan-Britaniya Texniki Universitetinin alimləri Janat Turarbekkızı Dauletbekova və Rai Kairat Magauuly Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olublar.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
BDU-nun Türkologiya kafedrasında keçirilən görüşdə Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, kafedranın professor-müəllim heyəti, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.
Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri, qazax dili və ədəbiyyatının tədrisinin mövcud vəziyyəti haqqında danışıb.
Sonra qazaxıstanlı alimlər öz elmi işləri, Qazaxıstan-Britaniya Texniki Universitetinin fəaliyyəti barədə məlumat veriblər. Qazaxıstan-Azərbaycan elmi-mədəni əlaqələrindən söz açan qonaqlar bildiriblər ki, bu əlaqələr gün keçdikcə daha da möhkəmlənəcək, qarşılıqlı təcrübə mübadiləsi davam etdiriləcək.
Sonra qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.