Lənkəran Dövlət Universitetinin (LDU) nəzdində fəaliyyət göstərən SATK kollecinin müəllimi Təhsil Nazirliyinə müraciət edib.TehsilMedia.az xəbər verir ki, müəllimin sözlərinə görə, bölgədə “qızılca epidemiyası” sürətlə yayılır:
“Təbii ki, bu hal tələbələrdən də yan keçmir. Özlərindən asılı olmayan səbəblərdən qızılc keçirən tələbələr dərsə gələ bilmir və bir çoxunun qiyməti yüksək olduğu halda 1-2 qaib almaqla imtahana giriş haqqını itirirlər. Təhsil Nazirliyindən vəziyyətin çətinliyinin nəzərə alınmasını və müəyyən tədbirlər görülməsini xahiş edirəm."
Fəridə Ağaxanlı