Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2024-cü il yanvarın 7-də başlayacaq.
Universitetdən "
TehsilMedia.az"a verilən məlumata görə, bu barədə BDU Elmi şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
İmtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25 faizdən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.