Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev "Heydər Əliyev İli” çərçivəsində 4-5 may 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransda iştirak etmək üçün Azərbaycana gələn Gürcüstan Respublikasının Kutaisi Dövlət Universitetinin rektoru Şalve Kirtadze ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, görüşdə rektor Anar Nağıyev BSU haqqında ətralı məlumat verdi, keçiriləcək konfrans haqqında danışıb.
Şalve Kirtadze təmsil etdiyi ali məktəb haqqında söz açdıaraq konfransda iştirakından məmnunluğunu bildirib.
Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı və tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.