Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) Abşeron Təcrübə Stansiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə "
TehsilMedia.az"a ADPU-dan bildirilib.
Memorandumu ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Abşeron Təcrübə Stansiyasının direktoru dosent Cəbrayıl Ağayev imzalayıblar.
Memorandum ADPU-nun Kimya və biologiya fakültəsi və Abşeron Təcrübə Stansiyası arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq məqsədilə tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, tələbə və magistrantların tədqiqatçılıq və peşə fəaliyyətlərinin inkişafı üçün yeni imkanların yaradılması, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi ilə birgə elmi-tədqiqatların aparılması əməkdaşlığın başlıca məqsədlərindəndir.