Azərbaycan Dillər Universitetində (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Pedaqogika kafedrasının və Psixologiya kafedrasının iştirakı ilə “ADU-nun tədris ingilis dilində məktəbəqədər təhsil və ibtidai sinif müəllimliyi tələbələrinin əmək bazarına inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib.
ADU-dan bildirilib ki, dəyirmi masada qonaq qismində Kaspi liseyinin, Landau məktəbinin və 21-ci əsr məktəbinin əməkdaşları iştirak ediblər.
Bildirilib ki, nəticə olaraq ayda bir neçə dəfə adıçəkilən məktəblərin müəllimləri tərəfindən tələbələrə təlim məsləhət görülüb.
Eyni zamanda, həmin ixtisaslar üzrə tədris olunan mövzuların beynəlxalq məktəblərin və baxçaların proqramlarına uyğunlaşdırılmasını birgə planlaşdırmaq və təcrübəçi tələbələrin məktəblərə gedərkən daha hazırlıqlı olmaları üçün III kursdan etibarən həftədə bir gün könüllü təcrübəyə dəvət etməyin planlaşdırılması təklif olunub.