Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cavanşir Abdullayev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib.
Bu barədə "
TehsilMedia.az"a ADNSU-dan bildirilib.
TGT sədri 2023-cü il “Heydər Əliyev İli” ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində nümunəvi iştirakına görə mükafatlandırılıb.
Təşkilatın sədr müavini Nihad Heydərli isə tədbirlərin təşkilində fəal iştirakı və ümumi fəaliyyətinə görə ATGTİ tərəfindən “İlin TGT nümayəndəsi” nominasiyası üzrə təltif olunub. Mükafatlar tələbələrimizə “2 Fevral - Azərbaycan Gənclər Günü” münasibətilə keçirilən Tələbə Gənclər Təşkilatlarının Respublika Forumunda təqdim olunub.