Məlum olduğu kimi, ali təhsil müəssisələrində qış imtahan sessiyası yekunlaşmaq üzrədir.
Maraqlıdır, semestr imtahanlarında nizam-intizamı pozan tələbələrin aqibəti necə olur
Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanova bildirib ki, nizam-intizam qaydalarını pozan tələbələrə heç bir güzəşt olunmur:
“Semestr imtahanlarında nizam-intizam qaydalarını pozan tələbənin imtahan işi aktlaşdırılaraq ləğv edilir. Hər hansı güzəşt nəzərdə tutulmur”.