SDU-da 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş Dəyirmi masa keçiriləcək.
Dəyirmi masada Azərbaycan dili dərslik layihəsinin rəhbəri Rafiq İsmayılov, ARTİ Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, ARTİ-nin Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanalıyeva, Sumqayıt şəhər 29 №-li tam orta məktəbin müəllimi, 2014-2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Xəyalə Quliyeva qonaq qismində iştirak edəcəklər.