Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçiminin elan olunacağı vaxt açıqlanıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə azedu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM-dən bildirilib ki, növbəti həftənin əvvəlində ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçimi tarixləri elan olunacaq.
Qeyd edilib ki, ixtisas seçiminin gecikməsinə səbəb qabiliyyət imtahanlarının yekunlaşmasını gözləməklə əlaqədardı.