Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova tərəfindən Göyçay və Ağdaş şəhərlərində kolleclərdə marifləndirici görüşlər keçirilib.
Bu barədə "TehsilMedia.az"a fonddan məlumat verilib.
Bildirilib ki, mayın 1-də Göyçay şəhərində Göycay idarəetmə və texnologiya kollecində və Ağdaş şəhərində Ağdaş Dövlət Humanitar kollecində tələbələrin maarifləndirilməsi istiqamətində görüşlər keçirilib.
Görüşdə Kolleclərin rəhbər heyətləri də iştirak edib.
Günay Xəlilova tərəfindən tələbələrə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib.
TƏHSİL MEDİA