Qarabağ Universiteti İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “İngilis dili müəllimi” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, vakansiya üzrə son müraciət tarixi 21 iyul 2024-cü ildir.
Ətraflı: https://bit.ly/engvknsy