Bu gündən etibarən regional təhsil iadrələri bağçalara qəbulla bağlı növbəyaratma prosesine başlayıb.
TehsilMedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin sektor müdiri
İlahə Rəsulova bildirdi ki, proses sentyabrın 1-nə qədər davam edəcək.
Bağça seçimi edən valideynlər bir sıra məqamları diqqətdə saxlamalıdırlar.
Vacib deyil ki, bağçalar evlərin yaınlığında olsun. Bağça valideynlərin iş yerinə yaxın olarsa da, seçilməsi məqsədəuyğundur.
Sektor müdirinin sözlərinə görə, hazırda ölkədə Elm və Təhsil Nazirliyinin nəzarət etdiyi 1654 bağça var. Amma bu say ehtiyacları qarşılamaq üçün yetərli deyil. Nazirlik təhsil müəssisələrinin sayının artırılması istiqamətində işlər görür. Digər ölkələrdə olduğu kimi yeni alternativ modellərin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, bağçaya qəbul cavabı aldıqdan sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir.