Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.Bu barədə
"TehsilMedia.az" a Elm və Təhsil Nazirliyindən bildirilib.
Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar təqdim edilir.
Müsahibə mərhələsində 3 meyar üzrə maksimum bal 5-dir. Minimum 3,5 bal və daha yüksək nəticə göstərən namizədlər bu mərhələdə uğur qazanacaqlar.
Qeyd edək ki, 171 namizəd müsahibə mərhələsində iştirak şansı qazanıb.