Fövqəladə Hallar Nazirliyi Bakıda mənzillərin birində başlayan yanğınla bağlı açıqlama verib.
TehsilMedia.az xəbər verir ki, FHN-dən verilən məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb”.
Qeyd edilib ki, hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür:
“Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının birinci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib”.