"Bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 % daha yaxşı nəticə göstərir".
TehsilMedia.az xəbər verir ki, nazir bunu Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
"Məktəbəqədər təhsilə qoyulan investisiya üzrə geridönüş digər təhsil pillələrindən daha çoxdur, 7-10 qat. Bu da iqtisadiyyatda təxminən 20-30 ildən sonra özünü göstərəcək. İstəyimiz odur ki, hər 5 uşaqdan biri heç olmasa məktəbəqədər təhsilə cəlb olunsun", - nazir qeyd edib.