Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
Bu barədə
"TehsilMedia.az" a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 2023-cü ildə 696 uşaq cəlb olunub.