Sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanıb.
Keçən il uşaqların icbari təhsildən yayınması və baxımsızlığı ilə bağlı respublikanın rayonlarını da əhatə edən mütəmadi monitorinqlərlə sosial həssas ailələrin və həmin ailələrdə olan uşaqların siyahısı hazırlanıb, onların təhsildən yayınmasının, qanunsuz əməllərə təhrik edilməsinin və məcburi əməyə cəlb olunmasının qarşısının alınması məqsədilə hər biri ilə fərdi profilaktik iş aparılıb.
TehsilMedia.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Sosial Xidmətlər Agentliyi tərəfindən baxımsız və sosial təhlükəli vəziyyətdə olan 522 uşaqla ilkin qiymətləndirmə aparılıb.
Qeyd edilib ki, nəticədə onlardan 107 nəfərinə fərdi profilaktik iş açılıb, eləcə də ehtiyacları müəyyənləşdirilərək sosial-iqtisadi, sosial-psixoloji, sosial-pedaqoji, tibbi-sosial və sosial-hüquqi xidmətlər göstərilib.