Azərbaycanlı şagird Beynəlxalq Mendeleyev Olimpiadası çərçivəsində gözlənilməz mükafat qazanıb.
TehsilMedia.az xəbər verir ki, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov #MMO57 simvolikası içərisində gizlənən kimyəvi xətanı ilk olaraq aşkarlamaqla beynəlxalq olimpiada çərçivəsində bu maraqlı müsabiqənin qalibi olub.
Həmyerlimiz Moskva Dövlət Universitetinin Kimya fakültəsi tərəfindən dünyanın məşhur kimyaçılarına verilən xüsusi mükafat – kimya qalstuku ilə təltif edilib.