Bildiyimiz kimi, 2023-2024-cü tədris ili üzrə birinci sinfə qəbul başlayıb.
TehsilMedia.az xəbər verir ki, birinci sinfə qəbul zamanı hansı dəyişikliklər və yeniliklərin olacağı ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şobəsinin müdir müavini Orxan Abbasov canlı yayımda sualları cavablandırıblar. Orxan Abbasov valideynlərə müraciət edərək bildirib ki, bu sadəcə qeydiyyatdır. Qeydiyyat zamanı məktəb seçilmir. Məktəb seçimi ayın 15-dən başlanılacaq. Ən böyük yenilik artıq valideyn sistemdə öz övladını avtomatik olaraq tapa bilir.
Bundan başqa, republikanın müxtəlif rayon və şəhərlərində 11 asan xidmət mərkəzində təhsil xidməti fəaliyyət göstərəcək. Vətəndaşlar bu mərkəzlərə də müraciət edərək məktəbəqəbul prosesi ilə bağlı köməklik ala bilərlər. Həmçinin vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə də müraciət edə bilərlər.
Mektebeqebul.edu.az saytında öz şəxsi kabinetlərinə daxil olaraq alternativ qeydiyyat mərkəzlərinin siyahısını əldə edə bilərlər. Ayın 15-i 11:00-da iki proses başlayacaq. Tədris Azərbaycan dili olan müəssisələrdə portala daxil olaraq müvafiq məktəbi seçirsiz. Tədris başqa dildə olan müəssisələrdə isə müsahibəyə yazılma yolu ilə həyata keçirirlir.