Mayın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti qənaətbəxş olub.
TehsilMedia.az xəbər verir ki, bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq idarədən bildirilib.
Qeyd edək ki, mayın 13-ü axşamdan etibarən hava şəraiti kəskin dəyişib, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.
Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.