Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
"Tehsil.Media.az"ın məlumatına görə, TƏBİB-dən təcili tibbi yardım briqadalarının çağrış ünvanına cəlb edildiyi bildirilib:
"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".
Xatırladaq ki, ötən günlərdə Bakı şəhəri 20 nömrəli məktəb-liseydə də bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunmuşdu.