"Şagird sayı 500-dək olan 387 məktəbdə direktor vəzifəsi vakantdır".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən bu məktəblərə direktorların işə qəbulu üzrə müraciət edən 1476 iddiaçıdan 601 nəfəri uğur qazanıb.
Nazir bu günlərdə müsahibə mərhələsinə başlanılacağını bildirib.
"Şagird sayı 500-dən çox olan ümumtəhsil müəssisələrində direktorların işə qəbulu üzrə min nəfərə yaxın namizəd iştirak edib. Qeydiyyat prosesi mayın 17-də yekunlaşacaq”, - deyə nazir əlavə edib.