Mayın 20-də Bakı şəhəri ilə yanaşı bir sıra bölgələrdə, ümumilikdə 33 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib.
Bu barədə "
TehsilMedia.az"a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, şagirdlər 26 maydan etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif, Məktəblilərarası fənn müsabiqələri isə VI,VII sinif şagirdləri arasında təşkil olunur.