Mayın 23-ü (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 071 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib.
Bu barədə "
TehsiMedia.az"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzləri (https://baku.edu.gov.az/az/page/276), həmçinin “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir. Bu məqsədlə valideynlər tərəfindən 5 294 elektron müraciət daxil olub. Müraciətlərdən 2 587-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 2 707-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.
Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə, o cümlədən Elm və Təhsil Nazirliyinin yeni fəaliyyətə başlayan Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə də (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) müraciət edə bilərlər.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.