Aprelin 18-də Sloveniyanın Portoroz şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasının mükafatlandırma mərasimi baş tutub.
Bu barədə "TehsilMedia.az"a Təhsil İnstitutundan bildirilib.
Qeyd edilib ki, adıçəkilən olimpiadada ölkəmizi Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdləri Sevinc Mahmudova, Fidan Cəfərli və Səfurə Ramizqızı təmsil edib.
Məktəblilərimizdən Fidan Qarayeva mümkün 42 balı toplayaraq qızıl medala layiq görülüb. Eyni zamanda, Sevinc Mahmudova bürünc medala, digər iki şagirdimiz isə "Həvəsləndirici Mükafat” sertifikatına layiq görülüblər.