Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin cari tarixədək statistik göstəricilərini açıqlayıb.
Mərkəzdən "
TehsilMedia.az"a bildirilib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə 128 namizəd test imtahanı və müsahibə nəticəsinə uyğun olaraq faktiki yaşayış yeri üzrə vakant yerlərə yerləşdirilib.