Ötən il sertifikatlaşdırmadan keçən 3127 müəllimin maaşına 35 %, 5624 müəllimin maaşına isə 10% əlavə edilib.
TehsilMedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri
Eşqin Bağırovun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılma proesesində tələb olunan 5 il staj müddəti 3 ilə azaldıla bilər. Hazırda həm bu məsələ, həm də yaş həddi ilə bağlı məsələlər Milli Məclisdə müzakirə olunur. Onun sözlərinə görə, növbəti il hansı fənlərin olacağı barədə proqnoz vermək olmur.
Son 6 ildə müəllimlərin yerdəyişmə müsabiqəsi çərçivəsində 8000 müəllimin iş yeri dəyişdirilib. Bu barədə məlumat verən Təhsil İnstitutunun insan resursları şöbəsinin rəisi
Nurlan İsmayılov hesab edir ki, ötən ildən tətbiq edilən müəllimlərin qarşılıqlı olaraq iş yerlərinin dəyişdirilməsi çərçivəsində bu ilin sonuna qədər iş yerlərini dəyişdirən müəllimlərin sayı 300 nəfərə çatacaq. Şöbə rəisi işə qəbul zamanı qırmızı diplomli namizədlərə üstünlük verilib verilməyəcəyinə aydınlıq gətirib.
Əgər hər iki namizəd eyni balı toplayıbsa qırmızı diplomu olan çəxs digər namizəddən dahaüstün qəbul ediləcək.
Yaş həddi ilə bağlı müəllimlərin işdən uzaqlaşdırılmasına gəlincə bildirildi ki, bir məktəbdə ixtisaslı kadr olmadığı halda yaş həddinə çatmış müəllimin əmək müqaviləsinə xitam verilir.
İxtisaslı müəllim kadrı olmayana qədər çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti artırılacaq.
Amma vakansiya elan olunduqdan sonra həmin ixtisas üzrə məktəbə müəllim gələrsə, bu halda son yaş həddinə çatmış müəllimin əmək müqaviləsinə xitam verilir.