Növbəti tədris ilindən biologiya və fizika fənləri tədris olunmayacaq. Əvəzində isə 5 - ci siniflərdə təbiət fənləri tədris olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
TehsilMedia.az xəbər verir ki, təhsil eksperti
Elşən Qafarov bildirib ki, bu proses beynəlxalq təcrübəyə əsaslanır. Təbiət fənninin tədrisi Sinqapur modelinə əsaslanır.
E. Qafarov bildirib ki, 5-6-cı siniflərdə həyat bilgisi fənni keçirilməyəcək. Tədris olunacaq təbiət fənnində fizika, kimya, biologiya haqqında ümumi məlumatlar öz əksini tapacaq. Ekspert deyir ki, bu yenilik şagirdlərin xeyrinə olsa da, bəzi müəllimlərdə müəyyən narazılıq yarada bilər. Bu dərsi hansı fənn müəlliminin tədris edəcəyi hələ məlum deyil.
Bu fənn üçün fizika, kimya müəllimlərini təlimlərə cəlb etmək lazımdır.
Elşən Qafarovun sözlərinə görə, gələcəkdə də bir neçə fənni bir dərslikdə birləşdirmə prosesi davam edəcək.
TƏHSİL MEDİA