Masallı rayonu Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbin IV sinif şagirdi Əsgərov Ramazan Rüfət oğlu Türkiyə Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb.
TehsilMedia.az xəbər verir ki, olimpiadada iştirak edən şagirdlər üç yaş qrupu üzrə (3-4-cü siniflər, 5-8-ci siniflər və 9-11-ci siniflər) biliklərini sınayıblar.
Qeyd edək ki, Türkiyə Riyaziyyat Olimpiadası şagirdlərin riyazi bacarıqlarını inkişaf etdirmək və riyaziyyat üzrə karyera hədəflərini müəyyənləşdirməyə kömək məqsədilə keçirilir.