“Sanki təhsilə düşünülmüş bir basqı var".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov bildirib.
Ekspert qeyd edib ki, mənfi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda ən çox qınağa tuş gələn məhz məktəb və müəllim olur:
"Sanki, hansısa qüvvələr tərəfindən bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bununla belə kimlərsə mənfi halları əks etdirən görüntülərin yayılmasını aşkarlıq və şəffaflığın prinsipləri kimi dəyərləndirsə, unutmasınlar ki, müəllimin nüfuzunun aşağılanmasına xidmət edən belə “aşkarlıq” və “şəffaflıq” təkcə müəllimə deyil, bütövlükdə dövlətimizə və cəmiyyətimizə də baş ucalığı gətirmir. Neqativ hesab edilən halların qarşısını almaq üçün hansısa videogörüntüləri tirajlamaq deyil, əlaqədar qurumlara göndərib, araşdırma nəticələrini ictimailəşdirmək daha yüksək vətəndaşlıq borcu olardı, nəinki, bir müəllimin davranışını bütövlükdə müəllim obrazı kimi ümumiləşdirmək yolunu seçmək".