İyunun 14-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdə məktəbin direktoru
Gülnaz Kərimova, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Gülnaz Kərimova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib.
Məzunların həyatında yeni mərhələnin açıldığını qeyd edən məktəb direktoru G.Kərimova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
TƏHSİL MEDİA