"Artıq üçüncü dəfədir ki, Gənc Müəllimlərin Forumunda iştirak edirəm".
"
Tehsilmedia.az" xəbər verir ki, bunu "Tehsil.biz"ə açıqlamasında Sumqayıt şəhər 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Mahmudova deyib.
O, məktəb idarəçisi olaraq hər bir müəllimin bu şəbəkələşməyə qoşulmasını tövsiyə edib:
"Müəllimlər hər zaman öz üzərlərində çalışmalıdırlar. Düşünürəm ki, mən də Gənc Müəllimlər Assosiasiyasının təlimlərində iştirak edərək yeni bilik və bacarıqlar əldə edəcəyəm", - məktəb direktoru əlavə edib.