Azərbaycan təhsil sistemi üçün nisbətən yeni konsepsiya olan inklüziv təhsil, əlilliyi olan uşaqların digər uşaqlarla birlikdə təhsil almasını nəzərdə tutur. Bu o deməkdir ki, əlliliyi olan və olmayan uşaqlar eyni mühitdədirlər. Bir dərslikdən öyrənirlər. Burada yüngül və orta əlilliyi olan şəxs nəzərdə tutulub.
TehsilMedia.az xəbər verir ki, ekspert
Kamran Əsədov belə uşaqların digər uşaqlarla bir sinifdə təhsil almasını düzgün hesab etmir. Eşitmə və görmə problemli uşaqların digər uşaqlarla birgə təhsil alması onların dərsi qavramasında ciddi çətinlik yaradır. Ekspertin sözlərinə görə, Türkiyə və Sinqapur modelində əlliliyi olan uşaqlar ümumtəhsil müəssisələrində təhsil alır. Lakin onlara dərslər ayrı siniflərdə tədris olunur. Azərbaycanda bir müddətdir ki, bəzi məktəblərdə inklüziv siniflər yaradılıb.
Azərbaycan Respublikası Təhsil İnistutundan bildirilib ki, əvvəllər əlilliyi olan uşaqlar üçün özəl təhsil müəssisələrində dərslər təşkil olunurdu. Belə uşaqlara digər uşaqların münaibəti də olduqca yaxşı olur. Onların nəsə çətinliyi olduqda kömək etməyə meyilli olurlar. Qəti şəkildə onların arasında fərq hiss olunmur.
Təhsil İnistutundan bildirildi ki, inklüziv siniflərin yaranması qısa müddətdə baş vermir. Lakin zamanla inklüziv təhsilin əhatəsinin genişləndirilməsi planlaşdırılır.
TƏHSİL MEDİA