Bu gün müəllimlərin sertifikasiya imtahanıdır.
TehsilMedia.az xəbər verir ki, Təhsil İnstitunun insan resursları mərkəzinin direktoru
Nurlan İsmayılbəyli bilidirib ki, imtahanda 28000-ə yaxın müəllim iştirak edəcək. 23 İyunda rus bölməsi üzrə imtahanlar keçiriləcək. Ayın 24-ü isə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə imtahan keçiriləcək. Əvvəlcə ölkədəki 10 şəhərdə və 13 imtahan mərkəzində imtahana start veriləcək. Son imtahan günü 9000-ə yaxın Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edəcək.
Təhsil İnstitunun direktoru
Rüfət Əzizov yaşı 60 və 60-dan yuxarı şəxslərin sertifikasiya imtahanında iştirak etməməsinə aydinli gətirib. Həmin şəxslərin sertifikatlaşdırılması qaydalarına dəyişiklik olunur. Həmin müəllimlərin könüllü iştirakı ilə bağlı qərar təsdiqləndikdən sonra xüsusi qrafiklə imtahan təşkil olunacaq. Gələcəkdə də direktor və direktor müavini müsabiqələrində də sertifasiya ballarından istifadə olunacaq. Müsabiqədə sertifikasiya balı yüksək olanlara üstünlük veriləcək.
TƏHSİL MEDİA