Bu gün müəllimlərin sertifikasiya imtahanlarının 4-cü günüdür.
TehsilMedia.az xəbər verir ki, iyunun 23-də bəzi bölgələrdə ibtidai sinif müəllimləri üçün imtahanlar keçirilir.
İmtahanda iştirak edəcək müəllimlərdən biri Bakı şəhəri 296 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülnaz Səlimova bütün iştirakçılara uğur arzulayıb, lakin 60 balı özü toplayacağını bildirib:
"Bu gün imtahanda iştirak edəcəm. Bütün müəllimlərə müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, hər kəs ən yüksək nəticəni toplayar. 60 balı isə məndən gözləyin".