Məktəb kitabxanaçıları üçün keçirilən “Ümumi təhsil müəssisələrində kitabxana işinin təşkili” adlı onlayn təlimlər başa çatıb. Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf və Elmi-Pedaqoji Tədqiqatlar mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər 36 akademik saatı əhatə edib.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, təlimlər ümumi təhsil müəssisələrində kitabxana işinin səmərəli təşkili baxımından məktəb kitabxanaçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilib. Təlimlərdə iştirak edən müdavimlər kitabxana işinin planlaşdırılması, fəaliyyətlərin təşkili, şagird və müəllimlərlə iş, müasir kitabxana xidmətləri, elektron resursların hazırlanması və idarə olunması, informasiya mədəniyyəti və informasiya savadlılığı mövzuları üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər.
Ümumi təhsil müəssisələrində çalışan kitabxanaçılar üçün təşkil olunan təlimlərdə ümumilikdə 210 müdavim iştirak edib.