Məlum olduğu kimi, 19-24 iyun tarixlərində respublika üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanlarının test mərhələsi keçirildi. Ümumilikdə imtahanlarda iştirak üçün qeydiyyadan keçən 28 min müəllimdən 4-ü maksimal göstərici olan 60 balı toplaya bilmişdi. Sosial şəbəkələrdə bir çox müəllim test mərhələsindən yüksək bal toplayanların müsahibədən azad olunmasını təklif edir, hətta bunun qəbul edələ biləcəyi iddiası irəli sürülü. Bəs iddialar nə dərəcədə doğrudur?
TehsilMedia.az azedu.az-a istinadən, xəbər verir ki, Təhsil İnstitutundan bunu təkzib ediblər.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən, müəllimlər müsahibə mərhələsindən mütləq keçməlidirlər.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində iştirakda güzəşt tətbiq olunmur. Burada onlar minum 20 bal toplamalıdrlar. Müsahibədə iştirak etməyən müəllimlər sertifikatlaşmış sayılmırlar.